“NLP” sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir!

“New Line Project” sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir! Sizin ailələrinizə xoşbəxtlik, evlərinizə isə ruzi və bərəkət arzu edirik! 

Ramazan – orucluq ayı İslamın əsaslarını təşkil edən şəriətin əsas əmrlərindən biridir. Bu zaman hətta ən isti günlərdə müsəlmanlar ən sadə insan tələbatlarından (su və qidadan) imtina edib öz iradələrini nümayiş etdirməlidirlər. Bu ayda oruc tutan yalnız su və qidadan deyil, həm də natəmiz fikirlərdən və əməllərdən azad olmalıdır. Bu sınaqdan alnı açıq çıxanları Allah mükafatlandırar və oruc tutanın niyyətini həyata keçirər. 

Ramazan ayında ruhi və cismani orucun tutulması insanın ruhuna və sağlamlığına çoxдг müsbət təsirləri var. Əgər insan pis vərdişdən 18 saatlıq imtina edə bilərsə, onda onun günün yerdə qalan 6 saatında da bu vərdişdən azad olma ehtimalı çox yüksəkdir. Tədricən, bu məhdudiyyətin sayəsində, insan özü və davranışı üzərində nəzarət əldə edə bilər ki, bu da pis fikirlər və vərdişlərdən tam imtina etmək şansıdır. 

Ramazan ayında oruc tutmaq – inkişaf etmiş şəxsiyyət, yetkin xasiyyət, iradə və qətiyyət əlamətidir.